sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Mançester Yunayted" 17 yaşlı yarımmüdafiəçi Kristian Orosko ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano qonaq olduğu podkastda məlumat verib:
"Kristian Orosko "Mançester Yunayted"ə keçir. Müqavilə imzalanıb, sənədlər tam təsdiqlənib. O, 2026-cı ilin iyulunda, 18 yaşı tamam olanda rəsmi olaraq kluba qoşulacaq.
"Mançester Yunayted" inanır ki, onlar əsl inci əldə ediblər - inanılmaz gücə və böyük potensiala malik gənc yarımmüdafiəçidir".
Qeyd edək ki, Kristian Orosko kolumbiyalıdır. O, iyulun 1-də Kolumbiyanın "Roxo" klubundan Braziliya təmsilçisi "Fortaleza"ya transfer olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.