İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində 17 yaşlı Ə.Ş. münaqişə zəminində həmyaşıdı S.B.-yə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.///