Dünən gecə saat 03 radələrində Xızıda bıçaqlanma hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, rayonun Giləzi kəndində Kərpic zavod adlanan ərazidən 1988-ci il təvəllüdlü Hüseynbala Yəhyayev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı onun tanışı 2007-ci il təvəllüdlü E.Məmmədov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər RPŞ-də araşdırmalar aparılır.
***
Oxşar hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində baş verib.
17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
"Cebheinfo.az"