AZ

Gecə saatlarında 2 nəfər bıçaqlandı - YENİLƏNİB

Dünən gecə saat 03 radələrində Xızıda bıçaqlanma hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, rayonun Giləzi kəndində Kərpic zavod adlanan ərazidən 1988-ci il təvəllüdlü Hüseynbala Yəhyayev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı onun tanışı 2007-ci il təvəllüdlü E.Məmmədov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər RPŞ-də araşdırmalar aparılır.

***

Oxşar hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində baş verib.

17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

"Cebheinfo.az"

Seçilən
39
cebheinfo.az

1Mənbələr