EN

Bakıda ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanıldı

Paytaxtın Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.
 
Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.
Chosen
15
15
moderator.az

10Sources