EN

Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.

A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ağır cəzalarla “burun-buruna” gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.

Elə bununla bağlı Maltanın yerli media orqanı olan “Maltese Herald”da yazı dərc olunub.

Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.

Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib. Əhmədzadə və Ağayevin “Qohum işindən” isə əngəlli əməllərin ortaya çıxdığı deyilir.

İttihamda deyilir ki, həmin şirkət Maltanın Birzebbuğa şəhərində yerləşən neft terminalından istifadə edərək Rusiya kölgə donanması ilə birlikdə Rusiya neftinin qaçaq yolla daşınmasında iştirak edib.

Şirkət, eyni zamanda, Liviyadan qaçaq yollarla əldə olunan neftin ticarəti ilə də məşğul olub. Belə ki, şirkət Rusiya-neft ticarəti ilə bağlı A.İ. və Böyük Britaniya səlahiyyətliləri tərəfindən araşdırılır.

Araşdırmanın mənbəyi isə şirkətin saxta sertifikatlarla Rusiya neftinin Avropaya ixrac olunması ilə bağlı gəzən xəbərlərdir.

Media qurumu öz mənbələrinə istinadən yazıb ki, bu söz-söhbətlər Malta hakimiyyətində ciddi narahatlıq doğurub. Nəşr ötən ildən bəri Malta bayrağı altında Rusiya neftinin ticarəti ilə məşğul olan tankerlərin siyahısını da tirajlayıb.

Qeyd olunur ki, bu gəmilər Rusiya neftinin xarici bazara daşınması üçün ən məşhur rus limanları olan Primorsk və Novorossiyskdən istifadə ediblər.

Həmin tankerləri aşağıda qeyd edirik:

-“Chrysopigi IMO 9303728”

-“Janine K IMO 9544607”

Chosen
19
23
publika.az

10Sources