EN

Ağalıda gecənin sükutu sakinlərin sevinc dolu səsləri ilə qarışır VİDEO

Bakı, 2 oktyabr, AZƏRTAC

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir.

“Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış, xoş güzəran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur.

AZƏRTAC “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış Ağalı kəndinin görüntülərini şərhsiz təqdim edir.

Chosen
15
18
azertag.az

10Sources