BAKI, 2 oktyabr. TELEQRAF
"Kəpəz" klubunda baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
Qeyd edək ki, Gəncə təmsilçisi Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb.