"Kəpəz" klubunda baş məşqçi Azər Bağırovun köməkçiləri məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
Qeyd edək ki, Gəncə təmsilçisi Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb.