EN

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
Chosen
31
49
onn.az

10Sources