EN

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulmasının qarşısı alındı

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.Bizim.Media xəbər verir ki, bu barədə DSX ilə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı birgə məlumatda bildirilib.Qeyd edilib ki, DSX və DGK-nın birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
27
bizim.media

10Sources