EN

Qurbanqulu Berdiməhəmmədov adına Fond Füzulidə məscidin inşasını maliyyələşdirəcək

Qurbanqulu Berdiməhəmmədov adına himayəyə ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə fondu Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisini maliyyələşdirəcək.

Bu barədə Türkmənistan KİV-ləri bildirib.

Türkmənistanın özəl “Aga-gurluşyk” şirkəti ilə müvafiq müqavilə imzalanıb.

İmzalanma mərasimi Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun göstərişi ilə baş tutub.

Füzulidə məscidin tikintisi Türkmənistanın Azərbaycana hədiyyəsi olacaq. Bu barədə daha əvvəl Prezident İlham Əliyev məlumat verib və qeyd edib ki, məscidin inşası ilə bağlı təklifi Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində irəli sürüb. Artıq memarlıq eskizi hazırlanıb və yaxın vaxtlarda məscidin təməlinin qoyulması planlaşdırılır.

Chosen
61
interpress.az

1Sources