EN

“Rusiya Ukraynaya qarşı itkilər verir, indi danışıqlara maraq göstərir” - Politoloqdan şərh

“Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra bilmədi, amma indiki vəziyyət Rusiyanın zəifliyini açıq göstərir”

Politoloq Ənvər Ağazadə News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bir günə dayandıracağını kampaniya dönəmində açıqlamışdı. Prezidentliyi dövründə də təşəbbüs göstərməsinə baxmayaraq, bu proses baş tutmadı.

“İlk təmaslarda Tramp Putinə jest irəli sürdü, amma Putin bunu düzgün qiymətləndirə bilmədi. Tramp özü də sonradan dəfələrlə açıqlayıb ki, bu danışıqlar nəticəsiz qaldığı üçün çox məyus oldu”, – deyə Ənvər Ağazadə qeyd edib.

Politoloq vurğulayıb ki, hazırkı vəziyyət və Ukraynanın Rusiyaya qarşı son hücumları göstərir ki, Rusiya strateji obyektlərini itirir və Ukrayna ciddi zərbələr endirməyə başlayıb: “İndiki vəziyyət göstərir ki, Rusiya danışıqlarda daha çox maraqlıdır, çünki hər gün itirir və zəifliyi açıq görünür”.

Chosen
14
news365.az

1Sources