"Gəncə" daha bir basketbolçunu heyətinə qatıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan Erik Koups mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq.
Mərkəz hücumçusu mövqeyində oynayan Koups 206 sm boya malikdir. Erik "sarı-göylər"in heyətində 31 nömrəli formanı geyinəcək.
Təcrübəli oyunçu Avropada müxtəlif ölkələrdə çıxış edib. O, Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə oynayıb. Basketbolçunun son klubu "Elitzur Yavne" (İsrail) olub.