Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan- Azərbaycan sülhü barədə danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Makronla zarafatlaşıb.
News365.az xəbər verir ki, söhbət Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub.
Edi Rama Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyir ki, siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz.