EN

Aİ lideri ilə Makron Azərbaycan və Ermənistan liderlərini tarixi sülh münasibətilə təbrik edib - Yenilənib

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib...

APA xəbər verir ki, Antonio Koşta bu barədə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısının iclasında bildirib.

“Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, - o qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron da AzərbaycanErmənistan liderlərini təbrik edib.

***

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin Sammitinin toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

Poliqon.info

Chosen
14
7
poliqon.info

8Sources