EN

Ucarda sərnişin daşıyan mikroavtobus yandı – VİDEO

Bak-Qazax magistral avtomobil yolunun Ucar rayonundan keçən hissəsində sərnişin daşıyan “Vito” markalı mikroavtobus yanıb.

Bizim.Media xəbər verir ki, hadisə vaxtı avtomobilin içərisində sərnişinlər olub və onlar maşından dərhal düşürülüb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

İlkin məlumata görə, avtomobil Gədəbəydən Bakıya sərnişin daşıyırmış. (Qafqazinfo.az)


Bizim.Media

Chosen
22
5
bizim.media

6Sources