EN

Bu, Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində reallaşdı Deputat

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"1990-cı illərin əvvəllərində Azərbaycan tarixinin ən mürəkkəb dövrünü yaşayırdı. Dövlət müstəqilliyi yenicə bərpa edilsə də, ölkədaxili vəziyyət günbəgün pisləşirdi. Siyasi böhran dərinləşir, müxtəlif silahlı qruplaşmalar arasında toqquşmalar baş verirdi. Xalq arasında narazılıq artır, vətəndaş müharibəsi təhlükəsi nəzərə çarpırdı".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki,  belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqının xilası yalnız böyük siyasi nüfuza və dövlət idarəçiliyi təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevdən asılı idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Liderin Bakıya qayıdışı bu mənada tarixi dönüş nöqtəsi oldu.  

"1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqın siyasi iradəsinin təntənəsi kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyev böyük səs çoxluğu ilə dövlət başçısı seçildi və bu hadisə müstəqilliyin qorunması baxımından mühüm mərhələnin başlanğıcı oldu.  

Heydər Əliyev dövlət idarəçiliyində hüquqi əsasların möhkəmləndirilməsini prioritet vəzifə kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yolunu təsbit etdi.  

Ulu Öndər Heydər Əliyev milli həmrəylik prinsiplərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqı ortaq dəyərlər və məqsədlər ətrafında birləşdirərək milli birliyin əsaslarını yaratdı. Bu konsepsiya həm müstəqilliyin qorunması naminə vacib vasitə olmaqla yanaşı, dövlətçilik ənənələrinin inkişafı və gələcək nəsillərə ötürülməsi üçün strateji baza rolunu oynadı. Azərbaycançılıq ideologiyası, həmçinin, ölkənin siyasi sabitliyinin və sosial həmrəyliyin təmin olunmasına zəmin yaratdı.

Ümummilli Liderin xarici siyasət sahəsində göstərdiyi uzaqgörənlik də müstəqil dövlətin möhkəmlənməsinə töhfə verib. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi, balanslaşdırılmış siyasət nəticəsində regional və qlobal əməkdaşlığa fəal qoşulması dövlətimizin nüfuzunu artırdı.  Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas bünövrəsini təşkil edir. Onun qurduğu sabitlik modeli, müəyyənləşdirdiyi ideoloji və iqtisadi kurs bu gün də ölkəmizin inkişafının möhkəm dayağı olaraq qalır. Tarix sübut etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti və atdığı addımlar dövlətin gələcək qüdrətini təmin edən möhkəm təməl idi.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə müasir Azərbaycan regional güc mərkəzinə çevrilmiş, iqtisadiyyat dinamik inkişaf etmiş, şanlı ordumuz daha da qüdrətlənmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə də məhz Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində reallaşdı. Artıq suverenliyini tam bərpa edən Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən nüfuzlu dövlət kimi tanınır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
6
unikal.az

7Sources