EN

Fransa etiraz aksiyalarına 76 min polis əməkdaşını cəlb edəcək

Fransa 250 etiraz aksiyasında asayişi qorumaq üçün 76 min polis əməkdaşı cəlb etməyə qərar verib. Bu barədə daxili işlər naziri Bruno Retayo bəyan edib.

"Bu, asayiş qüvvələrimizin ölkə boyu nümayiş və etirazları müşahidə edəcəyi üçüncü gündür. Ümumilikdə 250-yə yaxın etiraz yürüşü planlaşdırılır",  nazir bildirib.

O qeyd edib ki, hakimiyyət bəzi aksiyaların sıralarına radikal elementlərin qoşulmasına hazırdır və asayiş qüvvələri öz fikrini zorakılıq olmadan ifadə etmək istəyən hər kəs üçün nümayişlərin dinc keçirilməsini təmin etmək niyyətindədir.

Aytac

Chosen
11
1
anews.az

2Sources