"Kəpəz" klubunda baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçisi) kömək edəcək.
Qeyd edək ki, "sarı-göylər" Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb.