EN

Transxəzər Yaşıl Enerji Dəhlizi Orta Dəhlizin yaşıl körpü qismində inkişafına geniş imkanlar açır - Energetika naziri (FOTO)

Energetika naziri Pərviz Şahbazov "Qazaxıstan Enerji Həftəsi" çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü ilə təşkil olunan "Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Sürətləndirilməsi" mövzusuna həsr edilmiş tədbirin açılış mərasimində, eləcə də "Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq" (APRECA) Nazirlər Dəyirmi Masasında iştirak edib.

Bu barədə Olaylar.az-a Energetika Nazirliyindən məlumat verilib.

Nazir çıxışında qeyd edib ki, bərpa olunan enerji resursları və kritik materiallarla zəngin Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaşıl enerji sahəsində güclü əlaqəliliyi təşviq edən APRECA təşəbbüsü ötən il ilk dəfə Azərbaycanda COP29 çərçivəsində təqdim olunub və "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" bu məqsədə töhfə verən layihələrdəndir. Bildirilib ki, Azərbaycanın hazırda bərpa olunan enerji sahəsində atdığı irimiqyaslı addımlar 2030-cu ilədək enerji sistemində bu mənbələrin payını təxminən 40 faizə çatdırmaqla yanaşı, regional tərəfdaşlıqların qurulmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur. Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcək geostrateji əhəmiyyətli "Transxəzər Yaşıl Enerji Dəhlizi"nin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır və Avropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin yaşıl körpü qismində inkişafına geniş imkanlar açır," - deyə nazir əlavə edib.

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına qısa müddətdə başlanacağı bildirilib. Həmçinin "Xəzər-Qara dəniz-Avropa", müxtəlif marşrutlar üzrə "Azərbaycan-Türkiyə-Avropa" və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib. "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi"nin bu layihələrlə inteqrasiyası nəticəsində regionun böyük bərpa olunan enerji potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarə olunması kimi perspektivlər diqqətə çatdırılıb. Qeyd olunub ki, fiber-optik komponentə malik olan bu interkonnektorlar "Transxəzər Yaşıl Enerji Dəhlizi" ilə birlikdə yalnız enerji və ekoloji təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirərək ölkələrimizin Orta Dəhliz boyunca geostrateji əhəmiyyətini daha da artıracaq.

Nazirlərin Dəyirmi Masasında isə bərpa olunan enerjinin sürətli inkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması, investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və planları diqqətə çatdırılıb, APRECA vasitəsilə əməkdaşlıq imkanları dəyərləndirilib.

Transxəzər

Transxəzər

Transxəzər

Transxəzər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
9
olaylar.az

10Sources