EN

UEFA Çempionlar Liqası: "Qarabağ" bir nominasiyada ön sıralarda qərarlaşıb

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk iki oyununda rəqiblərdən top almağa görə ön sıralarda qərarlaşıb. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi bu nominasiyada dördüncü pillədə yer alıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv iki matçda 87 dəfə buna müvəffəq olub.

Belçikanın "Yunion" klubu (115) birinci, İngiltərənin "Nyukasl" (97) kollektivi ikinci, İspaniya təmsilçisi "Atletik" (97) isə üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" I turda "Benfika"nı Portuqaliyada 3:2, II turda "Kopenhagen"i Bakıda 2:0 hesabı ilə məğlub edib.

Chosen
12
7
sia.az

8Sources