EN

Makron Rusiya neftini daşıyan tankerləri saxlamağı təklif edib

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın neft tədarükündəpozuntu yaratmaq üçün dənizdə Rusiyanın kölgə donanmasına aidtankerləri saxlamağı təklif edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Siz bu yolla onların biznes modelini məhv edirsiniz. Gəmiləribir neçə gün və ya həftə gecikdirərək, tədarükü başqa şəkildətəşkil etməyə məcbur edirsiniz ki, bu da biznes modelinineffektivliyini azaldır, ona görə də bunu vacib sayıram. Çünki bumodel 2022-ci ildən əvvəl hazırlanmışdı, amma indi o, tamamiləsənayeləşib. Mən isə “istəklilər koalisiyası” çərçivəsində NATO iləsıx əməkdaşlıq edərək bu birgə fəaliyyətləri necə optimallaşdırmaqbarədə işləməyi təklif edirəm”, - deyə Makron Kopenhagendəkeçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısının açılışındabildirib.

Onun çıxışını Avropa Komissiyasının mətbuat xidmətiyayımlayıb.

Makron nümunə olaraq Fransanın öz sahillərində Rusiya limanındanHindistana gedən tankerə məhdudiyyət tətbiq etməsini göstərib. Onunsözlərinə görə, bu cür tədbirlər ölkə sahillərində “kölgədonanması”nın mövcudluğunu yoxlamağa, həmçinin gəmilərin beynəlxalqqaydalara uyğunluğunu müəyyənləşdirməyə imkan verir.

Məqalədə:
Chosen
20
5
az.trend.az

6Sources