Popun kraliçası Madonna açıqlaması ilə hamını təəccübləndirib.
Far.Az xəbər verir ki, o iki il əvvəl komada olarkən ona 1963-cü ildə vəfat edən anası Madonna Luizdən mesaj gəldiyini deyib.
67 yaşlı sənətçi mesajda nə qeyd olunduğunu açıqlayıb.
O narkoz altında olarkən anasının ruhunu qarşıladığını deyib.
"Mən az qala o biri dwnyada idim. Anam yanıma gəlib soruşdu ki, mənimlə gəlmək istəyirsən? Mən "yox" dedim. Köməkçim mənimlə otaqda idi və mən hələ də huşsuz vəziyyətdə idim, amma o mənim "yox" dediyimi eşitdi. Nəhayət ayılanda başa düşdüm ki, kin saxladığım insanları bağışlamalı və barışmalıyam".
Qeyd edək ki, Madonna anası vəfat edəndə 5 yaşında olub.