Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər. "Bakuinfo" xəbər verir ki, məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib. Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.