EN

İsrail "Sumud" flotiliyasının ələ keçirilməsi əməliyyatını başa çatdırdı

İsrail Xarici İşlər Nazirliyi "Sumud" flotiliyasının ələ keçirilməsi əməliyyatının başa çatdığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"HƏMAS-Sumud təxribatı başa çatıb. Yaxtların heç biri fəal döyüş zonasına uğurla daxil ola və ya qanuni dəniz blokadasını poza bilməyib. Sərnişinlər üçün təhlükə yoxdur. Onlar İsrailə yola düşürlər, oradan isə Avropaya deportasiya olunacaqlar", - məlumatda deyilir.

Qurum münaqişə zonasından uzaqda daha bir gəminin qaldığını qeyd edərək onun Qəzza zolağına getmək cəhdinin qarşısının alınacağı barədə xəbərdarlıq edib.

Chosen
22
1
bakivaxti.az

2Sources