EN

“Green Card”a müraciət tarixi sabah açıqlana bilər Kimlər və necə müraciət edə bilər?

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatlarında yaşamaq və işləmək istəyənlər üçün ən böyük fürsətlərdən biri olan "Green Card" lotereya proqramı üzrə 2025-ci il müraciətləri artıq başlamaq üzrədir.

"AzPolitika" xəbər verir ki,  ABŞ Dövlət Departamenti DV-2027 müraciət dövrünü 3 oktyabr – 6 noyabr 2025 tarixləri arasında elan edib. Müraciətlər  hər zaman olduğu kimi yalnız rəsmi DV Lottery internet səhifəsi üzərindən və tamamilə pulsuz qəbul edilir.

Hələlik 2026-cı ilin tarixləri açıqlanmayıb. Ancaq əvvəlki illərdə olduğu kimi müraciətlərin yenə də oktyabrda başlayıb noyabrda bitəcəyi gözlənilir.

"Green Card" müraciəti necə edilir?

- Rəsmi DV Lottery saytına daxil olun.

- Ad, soyad, doğum tarixi, təhsil, ailə vəziyyəti və uyğun biometrik foto daxil olmaqla formanı doldurun.

- Fotoşəklin ABŞ Dövlət Departamentinin texniki tələblərinə uyğun olmasına diqqət edin.

- Müraciəti göndərdikdən sonra verilən təsdiq nömrəsini təhlükəsiz yerdə saxlayın – nəticələri yoxlamaq üçün bu kod tələb olunur.

Kimlər müraciət edə bilər?

- 18 yaşdan yuxarı şəxslər.

- Ən azı orta məktəb məzunu olanlar və ya son 5 ildə ixtisas tələb edən sahədə 2 il iş təcrübəsi olanlar.

- İngilis dili bilmək şərt deyil.

-  Ailəli şəxslər həyat yoldaşları və övladları ilə birlikdə müraciət edə bilərlər.

Xatırladaq ki, hər il 55 min nəfərə "Green Card" verilərək ABŞ-də daimi yaşamaq və işləmək hüququ tanınır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
azpolitika.info

2Sources