EN

Məktəb direktoru və müavin İŞDƏN ATILDI

Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər.

XəzərNews.az xəbər verir ki, məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib.

Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

Xəbər 4 dəfə oxunub.
Chosen
14
17
xezernews.az

10Sources