EN

Kamaləddin Qafarov: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir”

“Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. “Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda, siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir.”

Millət vəkili bildirib ki, energetika sahəsindəki əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin ən mühüm sütunlarından birini təşkil edir: “Xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsi çərçivəsində həyata keçirilən işlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Cənab Prezident İlham Əliyevin öz bəyanatında vurğuladığı kimi, bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və qaz ixracının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu uğurlar, şübhəsiz ki, iki ölkə arasında qarşılıqlı inamın, dəqiq strateji planlamanın və uzunmüddətli əməkdaşlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, İtaliya Prezidentinin TAP layihəsinin reallaşması üçün göstərdiyi şəxsi səylər də bu tərəfdaşlığın nə qədər dərin və səmimi olduğunu göstərir.”

Chosen
15
17
demokrat.az

10Sources