EN

“Qarabağ” top alma üzrə ÇL də “Nyukasl” və “Atletik”lə rəqabətdə

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk iki oyununda rəqiblərdən top almağa görə ön sıralarda qərarlaşıb.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi bu nominasiyada dördüncü pillədə yer alıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv iki matçda 87 dəfə buna müvəffəq olub.

Belçikanın “Yunion” klubu (115) birinci, İngiltərənin “Nyukasl” (97) kollektivi ikinci, İspaniya təmsilçisi “Atletik” (97) isə üçüncüdür.

Qeyd edək ki, “Qarabağ” I turda “Benfika”nı Portuqaliyada 3:2, II turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
7
icma.az

8Sources