Olaylar.az ArbatMedia saytına istinadla xəbər verir ki, hazırda mütəxəssislər enerjinin bərpası üzərində işləyirlər.
Bildirlir ki, Çernobıl AES Rusiya pilotsuz təyyarəsinin hücumuna məruz qalıb.
Stansiyanın dağıdılmış 4-cü blokunu əhatə edən müasir sarkofaq olan New Safe Confinement ətraf mühitə radioaktiv materialların buraxılmasından qorunmaqda əsas rol oynayır.
Ukrayna hakimiyyəti radiasiya səviyyəsinin dəyişmədiyinə aydınlıq gətirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yarımstansiya oktyabrın 1-də axşam saatlarında qəzaya uğrayıb. Təkcə Slavutiç deyil, həm də qonşu Çerniqov vilayətinin bir neçə kəndi işıqsız qalıb, enerji fasilələrlə verilib.