EN

Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olması haqda bəyanat layihəsini qəbul edib

Ermənistan parlamenti Azərbaycanla sülhün yaradılması barədə bəyanat qəbul edib
Ermənistan parlamenti “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib.

Ölkə.az xəbər verir ki, parlamentin iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyası Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün dəstəklənməsinin zəruriliyini bəyan edib. 
Hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Konjoryan deyib ki, bütün maraqlı tərəflər qurulmuş sülhü möhkəmləndirməyə və inkişaf etdirməyə çağırılmalıdır.
Bəyanatda bütün qonşularla dinc yanaşı yaşamanın vacibliyini dərk edərək, iqtisadi və siyasi tərəqqinin gələcək inkişafı və regionun gələcək inkişafı üçün, keçmiş münaqişəyə son qoyulması və xalqlar arasında mehriban qonşuluq münasibətlərinin qurulması zərurətinin dərk edilməsinə əsaslanaraq, sülhün bərqərar olmasının vacibliyini vurğulayaraq, ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşündən sonra imzalanan Birgə Bəyannaməni dəstəkləndiyi qeyd olunub. 
 

Mürtəza

Chosen
40
29
olke.az

10Sources