EN

Azərbaycan Özbəkistan əlaqələri... Prezident

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir.

Axar.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Şövkət Mirziyayevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
17
axar.az

10Sources