EN

I Liqa: "Səbail" büdrədi, "Şəfa" darmadağın reallaşdırdı

Azərbaycan I Liqasında 4-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

"Səbail" Şamaxıda "Şimal"la üz-üzə gəlib. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" səfərdə xal itirib. 

Çempionluğa iddialı digər komanda "Şəfa" isə evdə MOİK-lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt komandalarının duelindən meydan sahibləri qalib ayrılıb. Elgiz Kərəmlinin komandası darmadağına sevinib.

Daha bir görüşdə isə "Zaqatala" "Baku Sportinq"i sınağa çəkib. Tərəflər hərəyə 1 qol vurub 1 xal əldə ediblər.

Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Mingəçevir" ilə "Şahdağ Qusar" qolsuz heç-heçəyə (0:0) razılaşıblar. Tura sabah baş tutacaq “Cəbrayıl” – “Difai” oyunu ilə yekun vurulacaq.

Azərbaycan I Liqası
4-cü tur
2 oktyabr 

“Şimal” – “Səbail” 0:0

“Zaqatala” – “Baku Sportinq” 1:1
Qollar:
Mətin Qəhrəmani, 22 - Xəyyam Məmmədli, 75. 

“Şəfa” – MOİK 4:1
Qollar:
Nahid Əliyev, 7. Aqil Nəsibov, 50. Amir Ebrahimzade, 63. Tərlan Quliyev, 84 - Seyxan Fərəcov, 23.

Chosen
52
1
fanat.az

2Sources