EN

Superkompüter Çempionlar Liqasının favoritini AÇIQLADI

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Opta” superkompüteri UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün favoritini açıqlayıb.

İdman.biz xəbər verir ki, məlumat “Opta Analyst” X səhifəsində dərc edilib.

“Opta” superkompüterinin hesablamalarına görə, əsas mərhələnin 2-ci turunun ardından Londonun “Arsenal” klubu cari mövsümdə UEFA Çempionlar Liqasını qazanmağa əsas namizəd sayılır. “Topçular”ın turnirdə qalib gəlmək ehtimalı 18,09 faiz olaraq qiymətləndirilib.

İkinci sırada “Liverpul” (14,70%), üçüncü yerdə isə Fransanın PSJ (13,96%) klubu qərarlaşıb.

Xatırladaq ki, hazırkı Çempionlar Liqasının qalibi PSJ-dir.

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final qarşılaşması 30 may 2026-cı il tarixində Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.

Məlumat üçün əlavə edək ki, “Opta” - idman statistikası və analitikası sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
icma.az

2Sources