EN

Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşü keçirilib

Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.
Milli Məclisin İntizam komissiyasının sədri, parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edib. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə təbriklərini çatdıran komissiya sədri bildirib ki, prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün bir çox sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir. Eldar İbrahimov yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyərək, parlamentlərimiz arasında qurulan səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Tədbirdə Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri - senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov çıxış edərək dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyi töhfələr barədə danışıblar.
Sonra hər iki tərəfdən parlamentlərarası əlaqələr üzrə qrupların üzvləri - Musa Quliyev, Günay Əfəndiyeva, Elman Nəsirov və Munojat Yolçuyeva qanunvericilik orqanlarında dostluq qruplarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, parlament strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə düşüncələrini bildiriblər.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Videokonfransda Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Aydın Hüseynov, Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
6
olaylar.az

7Sources