Ukrayna ilə Rusiya arasında növbəti hərbi əsir mübadiləsi həyata keçirilib.
Editor.az xəbər verir ki, nəticədə 185 nəfər – hərbçilər və mülki şəxslər azad olunaraq vətənə qayıdıb.
Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə özünün Telegram kanalında məlumat verib.
“Rusiyanın əsirliyindən 185 müdafiəçimizi qaytarırıq. Onların 183-ü sıravi və çavuş heyətidir, ikisi isə zabitdir”, – deyə dövlət başçısı bildirib.
//Samir Qurbanov, Editor.az