EN

Əvvəl Qarabağ, sonra Qəzza Dünyanı təşvişə salan çağırış edildi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban qlobalı gərginliklərlə bağlı xəbərdarlıq edib. Orban III Dünya müharibəsinin hər hansı dövlətin kiçik bir səhvi ilə belə başlaya biləcəyini söyləyib. O, nəticələrin fəlakətli olacağını vurğulayıb.

Baş nazirin çıxışı hansı dairələrə mesajdır? Mövcud vəziyyətdə dünya müharibəsi hansı qarşıdurmanın genişlənməsi nəticəsində ortaya çıxa bilər?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, bu, qlobal elitaya ünvanlanmış bir mesajdır:

“Orban, birinci və ikinci dünya müharibələrində böyük itkilərin olduğu xatırlatdı. O, əslində kiçik bir münaqişənin sonradan daha genişmiqyaslı gərginliyə yol aça biləcəyinə diqqət çəkir.

Məsələn, 7 oktyabr hücumu əvvəlcə kiçik bir hadisə kimi qiymətləndirilirdi. Gözlənilirdi ki, İsrail buna sərt, lakin qısa cavab verəcək. Amma artıq iki ilə yaxındır Qəzzada şiddətli müharibə davam edir.

Rusiya hələ də Ukraynaya qarşı əməliyyatlarını “xüsusi hərbi əməliyyat” adlandırır. Halbuki bu əməliyyatın bir neçə gün çəkəcəyi düşünülürdü, lakin artıq 4 ildir davam edir. Hətta ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda istehzayla bildirib ki, “Rusiya kağızdan pələngdir”.

Bütün bunlar kiçik görünən hadisələrin uzunmüddətli və dərin geosiyasi böhranlara səbəb ola bildiyini sübut edir. Qarabağ münaqişəsi də əvvəllər lokal bir toqquşma kimi qiymətləndirilirdi. Lakin bu münaqişə nəticə etibarilə 30 il ərzində bütün regionun siyasi konfiqurasiyasına təsir göstərdi.

Viktor Orban Rusiya-Ukrayna müharibəsində ortaq razılaşma nöqtəsinin tapılmasını istəyir. O, Avropa ölkələri arasında hələ də Rusiya ilə əlaqələrini davam etdirən azsaylı liderlərdəndir. Məsələn, Macarıstan və Slovakiya indi də Rusiyadan neft almağa davam edir”.

Turab Rzayev 

Politoloqun sözlərinə görə, hazırda Ukrayna cəbhəsində vəziyyət kifayət qədər gərgindir və tərəflər ciddi irəliləyiş əldə edə bilmir:

“Avropa ölkələri münaqişənin digər regionlara yayılacağından narahatdırlar. İsrailin Qəzzada baş verənlər fonunda İran və ərəb ölkələrinə zərbələr endirməsi, bəzi mühüm şəxslərin qətlə yetirilməsi, eyni zamanda mülki əhalinin, o cümlədən uşaqların hədəf alınması bölgədəki güc balansını ciddi şəkildə pozur.

Hətta İsraili hər zaman dəstəkləyən Donald Tramp belə, baş nazir Benyamin Netanyahuya Qətər və Yəməndən üzr istəməyi tövsiyə etdi. Qətərin təhlükəsizliyini isə birbaşa ABŞ-ın təhlükəsizliyi ilə eyniləşdirdi. Tramp başa düşdü ki, əks halda, vəziyyət tamamilə nəzarətdən çıxaraq bölgəyə yeni qüvvələrin cəlb olunmasına, hətta qlobal toqquşmaya səbəb ola bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
globalinfo.az

2Sources