EN

SEPAH meydan oxudu: İrana qarşı həmin səhv təkrarlansa...

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran Silahlı Qüvvələri İsraillə 12 günlük müharibədən sonra hücum potensialını on dəfə artırıb”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Hüseyn Nejad bildirib.

“Əgər sionist rejim eyni səhvi təkrar edərsə (İsrailin iyunda İrana hücumunu nəzərdə tutur – red.), bizim hücum imkanlarımız artıq 12 günlük müharibə dövründəkindən 10 dəfə çoxdur”, - general deyib.

H.Nejad iddia edib ki, İran bundan əvvəlki münaqişə zamanı aşkar edilmiş bütün müdafiə çatışmazlıqlarını da aradan qaldırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
2
sherg.az

3Sources