EN

Nağdsız ödənişlərdən və plastik kartlardan istifadə bankdan kredit almaq istəyən vətəndaşın şans ını artırır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərkəzi Bankın 2025-ci ilin yanvar-avqust dövrü üzrə Statistik bülletenində bildirilir ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 172 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 15 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən iqtisadçı ekspert Xalid Kazımlı bildirib ki, bu məsələ ödənişlərdə nağdsız hesablaşmanın artması və nağdsız hesablaşmada, həm də şəffaflaşdırmağın artması deməkdir.

Xalid Kərimli

“İnsanlar getdikcə nağdsız ödənişlərdən, plastik kartlardan daha geniş istifadə edirlər. Nağdsız hesablaşmanın artması, həm də iqtisadiyyatın rəsmiləşdirilməsi səviyyəsində artdığını göstərir. Bu, iqtisadi vəziyyətin yaxşı olduğu anlamına gəlmir. Sadəcə ödənişlərdə nağdsız hesablaşmanın artması və nağdsız hesablaşmada, həm də şəffaflaşdırmanın artması deməkdir.

Əhalinin kreditə əlçatanlığına necə təsir edəcəyini ilk baxışdan görünməsə də, bununla əlaqəsi var. O əsasla ki, Mərkəzi bank bu ilin ortalarından davranış əsaslı maliyyələşməyə icazə verdi. Yəni insanların əsasən kartlarla ödənişlər, bank kartlardan istifadə, kartlara giriş-çıxışlar, mağazalarda xərcləmələr, “online” ödəmələr kimi məsələləri onların kredit verilməsi zamanı ödəniş qabiliyyətinin hesablanmasında istifadə etməyə icazə verdi. Bu kartlardan da istifadə çoxaldıqca ümumi kredit portfelinin 10 %-nə qədərini verə bilir, bundan böyük limit verməyib. Vətəndaşların kartlardan daha çox istifadəsi onların tarixçəsinin, qeydiyyatının yazılmasına gətirib çıxarır. Bu da onların davranış əsaslı maliyyələşdirmə zamanı kreditə əlçatanlığını artırır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
106
icma.az

1Sources