EN

Sahibə Qafarova: Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı bacardı

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən ilin noyabrında ən uğurlu COP-lardan birinə – COP29-a ev sahibliyi etməklə, ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlılığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxışı zamanı səsləndirib.

Milli Məclisin sədri çıxışında BMT tərəfindən rəsmi olaraq “Bakı İqlim Həmrəyliyi Paktı” adlandırılan COP29-un mühüm nəticələri haqqında da məlumat verərək deyib ki, bu sıraya Yeni Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi) qəbul olunması, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tamamilə işlək hala gətirilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli Dialoqunun təsis olunması kimi mühüm məsələlər daxildir.

Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da ev sahibliyi edib.

Chosen
12
10
azerbaijan-news.az

10Sources