EN

Sumqayıtda rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb.

Sumqayıt şəhər Narkoloji Dispanserindən verilən məlumata görə, hazırda dispanserdə ümumilikdə 5 869 nəfər narkoloji xəstə qeydiyyatdadır.

Onlardan 4 364 nəfəri narkotik istifadəçisidir. Qeyd olunan şəxslərin 102-si qadındır.

Eyni zamanda müəssisədə 1 505 nəfər alkoqolizm xəstəsi də rəsmi qeydiyyata alınıb. Onların arasında 24 qadın var.

Məlumata əsasən, narkotik istifadəçilərinin böyük əksəriyyətini 20-40 yaş arası şəxslər təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
3
baku.ws

4Sources