Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Narkoloji Dispanserindən "Report"a verilən məlumata görə, hazırda dispanserdə ümumilikdə 5 869 nəfər narkoloji xəstə qeydiyyatdadır. Onlardan 4 364 nəfəri narkotik istifadəçisidir. Qeyd olunan şəxslərin 102-si qadındır. Eyni zamanda müəssisədə 1 505 nəfər alkoqolizm xəstəsi də rəsmi qeydiyyata alınıb. Onların arasında 24 qadın var. Məlumata əsasən, narkotik istifadəçilərinin böyük əksəriyyətini 20-40 yaş arası şəxslər təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta