Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, Sumqayıt şəhər Narkoloji Dispanserindən verilən məlumata görə, hazırda dispanserdə ümumilikdə 5 869 nəfər narkoloji xəstə qeydiyyatdadır.
Onlardan 4 364 nəfəri narkotik istifadəçisidir. Qeyd olunan şəxslərin 102-si qadındır. pizza hut
Eyni zamanda müəssisədə 1 505 nəfər alkoqolizm xəstəsi də rəsmi qeydiyyata alınıb. Onların arasında 24 qadın var.
Məlumata əsasən, narkotik istifadəçilərinin böyük əksəriyyətini 20-40 yaş arası şəxslər təşkil edir.
Telegram kanalımız