EN

Fon der Lyayen və Paşinyan İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitini müzakirə edib

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə 2026-cı ilin birinci yarısında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitini müzakirə edib.

Bu barədə fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Biz əməkdaşlığımızı dərinləşdirməkdə qətiyyətliyik. Ermənistan Aİ üçün mühüm tərəfdaşdır. Biz "Global Gateway" strategiyası vasitəsilə ticarət, nəqliyyat, energetika və rəqəmsal texnologiyalar sahələrində regional bağlantını gücləndirmək niyyətindəyik. 2026-cı ilin birinci yarısında İrəvanda "Avropa Siyasi Birliyi"nin növbəti sammitinin keçirilməsini səbirsizliklə gözləyirik", - o qeyd edib.

Avropa Komissiyasının sədri, həmçinin Ermənistanı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla münasibətlərdə tarixi irəliləyişin əldə olunması münasibətilə təbrik edib.

"Bu addım regionda sülh və sabitliyin gücləndirilməsi yolunda mühüm mərhələ oldu", - fon der Lyayen vurğulayıb./Report

Chosen
20
2
musavat.com

3Sources