EN

Bu dəfə ən dəyərli oldu

 

 

“Real Madrid”in gənc futbolçusu Arda Gülərin transfer dəyəri 60 milyon avroya yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, bununla da o, “Yuventus”un ulduzu Kənan Yıldızı geridə qoyaraq, türk futbol tarixinin ən dəyərli oyunçusu olub.

Son yeniləmədə Madrid təmsilçisinin digər futbolçusu Franko Mastantuononun da dəyəri artaraq 50 milyon avroya çatıb. Braziliyalı Vinisius Juniorun qiyməti isə 200 milyondan 150 milyona düşüb və o, dünya sıralamasında beşinci pilləyə enib.

“Barselona”da da Qavi zədəsi səbəbindən 60 milyondan 40 milyona geriləyib, Ferran Torres isə 50 milyona yüksəlib.

Qeyd olunub ki, ümumilikdə “Real Madrid”in heyət dəyəri 1,401 milyard avroya qalxıb, “Barselona”nın isə 1,108 milyarda enib.

Chosen
11
2
sitat.info

3Sources