Mərakeş hökuməti etirazlarla bağlı açıqlama verib.
News365.az xəbər verir ki, Baş nazir Aziz Axannuş bir neçə şəhərdə baş verən hadisələrdə 3 nəfərin öldüyünü, yüzlərlə insanın – o cümlədən təhlükəsizlik əməkdaşlarının yaralandığını açıqlayıb.
O, prosesləri “təhlükəli gərginlik” kimi dəyərləndirərək hökumətin dialoqa və sosial tələblərin institutlar vasitəsilə həllinə hazır olduğunu bildirib.