EN

Rövşən Nəcəf: "FIFA-nın qərarı ölkəmizdə idmana göstərilən diqqətin nəticəsidir"

2027-ci il futbol üzrə U-20 dünya çempionatı Azərbaycanda və Özbəkistanda keçiriləcək.

Far.Az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkə hesabında paylaşım edib.

"FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.

Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm" , - deyə o paylaşımda bildirib.

Chosen
13
22
far.az

10Sources