EN

Məşhur futbolçudan Türkiyə futbolu və "Fənərbağça" ilə bağlı QALMALLI AÇIQLAMA

Uruqvay millisinin və "Fənərbağça"nın sabiq kapitanı Dieqo Luqano Türkiyə klubuna 1998–2018-ci illərdə rəhbərlik etmiş sabiq prezident Əziz Yıldırım haqqında fikirlərini bölüşüb.

Far.Az-in məlumatına görə, Dieqo Luqano Okko-da yayımlanan "DASH" proqramında qalamala səbəb olacaq açıqlamalar verib.

Müsahibədən olan bir hissəni təqdim edirik:

- Türkiyə liqası məşqçilərin tez-tez dəyişməsi ilə tanınır. Çox tez-tez. Bir il ərzində baş məşqçi 3–5 dəfə dəyişə bilər və bu normal qəbul olunur. Futbolçu kimi siz özünüzü necə hiss edirdiniz, bilə-bilə ki, istənilən an kluba yeni məşqçi gələ bilər?

- Böyük ehtiras və istəyin idarəçiliyə ziyanı dəyir. Türkiyədə insanlar tez-tez vacib qərarları emosiyalarla verirlər, rasional davranmırlar. Məncə, türk futbolunun inkişaf etməməsinin əsas səbəblərindən biri də budur. O, sadəcə bir səviyyədə ilişib qalıb, çünki insanlara ağıl yox, emosiyalar rəhbərlik edir.

Mən bu qüsuru çoxdan görmüşəm - bu, mədəniyyətin xüsusiyyətidir, ölkənin xüsusiyyətidir. Bu problemi nə mən, nə də siz həll edə bilərik. Məşqçilərin sürətlə dəyişməsi, futbolçularla da çox vaxt yaxşı rəftar edilməməsi vəziyyəti çətinləşdirir. Əgər emosiyalar ağılı üstələyirsə, vəziyyəti yaxşıya doğru dəyişmək həmişə çətin olur.

- Ümumiyyətlə, türk xalqının, təkcə azarkeşlərin, futbolçuların deyil, məşqçilərin, klub prezidentlərinin də hamısının futbola aludə olduğunu deyə bilərsinizmi?

- Bəli, mənim bu cür insanlarla böyük təcrübəm var. Məsələn, "Fənərbaxça"nın prezidenti. O, mənim üçün ümumiyyətlə bu "çılğınların siyahısı"na başçılıq edir. O, nəsə tamam başqa bir şeydir - inanılmaz bir obrazdır. Onunla bağlı o qədər lətifəm, xatirəm var ki, kitab yazmaq olar.

Bəli, Türkiyə futbolunda işləyən insanlar xüsusi adamlardır, çox emosionaldırlar. Amma açığını desəm, çox da peşəkar deyillər və onların inkişaf edəcək çox sahəsi var. Futbola Türkiyədə böyük pullar yatırılır, yaxşı klublar da var, amma rəhbərliklə münasibətlər kimi problemlərə görə yüksək səviyyəyə çata bilmirlər.

Chosen
6
1
far.az

2Sources