İstanbulda baş verən zəlzələ nəticəsində azı 17 nəfər xəsarət alıb. Bu barədə İstanbul vilayətinin valisi Davut Gül məlumat verib.
“İstanbulda Mərmərə dənizində baş verən zəlzələ səbəbindən panikaya düşən 17 nəfər xəsarət alıb”, – deyə Gül “Milliyet” qəzetinə bildirib.
Onun sözlərinə görə, hazırda binaların uçması və ciddi dağıntılarla bağlı hər hansı əlamət qeydə alınmayıb.
Həmçinin İstanbulun hər iki hava limanı zəlzələdən sonra fəaliyyətində hər hansı problem yaranmadığını, adi rejimdə işlədiklərini açıqlayıblar.
AFAD-ın açıqlamasına görə, zəlzələnin maqnitudası 5 olub, episentri isə Mərmərə dənizində yerləşib.
Şahanə Rəhimli
Musavat.com